media-inshot_20260211_092744681

Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Patrul.az xəbər verir ki, 99-GL-737 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobil “Karsan Atak” markalı sərnişin avtobusu ilə toqquşub.

Hadisəyə səbəb “Mitsubishi Pajero” markalı avtomobilin sol təkərinin yerindən çıxması olub.

Qəza nəticəsində xəsarət alan olmayıb, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. (Oxu.az)


Bənzər xəbərlər