media-qarbakiqarlihavaa768x403

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometerologiya Xidmətindən Patrulaz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhərdən bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu

Gecə 1-4° şaxta
Gündüz 1° şaxtadan 2°-dək isti olacaq
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu

Gecə 1-6° şaxta
Gündüz 5-10° isti
Dağlarda gecə 10-15° şaxta
Yüksək dağlıq ərazilərdə 17-22° şaxta
Gündüz 0-5° şaxta olacaq.

Bəzi yollar buz bağlayacaq.


Bənzər xəbərlər