media-inshot_20260402_123723857

Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunun paytaxt istiqamətindəki hissəsində böyük tıxac yaranıb.

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Patrul.az-a bildirilib ki, tıxaca yol təmiri səbəb olub.

Belə ki, paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır. Bu səbəbdən prospektdən “Koroğlu” metrostansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.media-img-20260402-wa0010 media-img-20260402-wa0011 media-img-20260402-wa0012 media-img-20260402-wa0013 media-img-20260402-wa0014 media-e4fe4a42-9360-414d-b692-ab5c794409fd media-8731d497-2b35-47d7-91eb-4dff173b6f33


Bənzər xəbərlər