Bakıda sürücü avtomobildən tum qabıqlarını yol boyu yerə tökdü - VİDEO
Patrul.az qaynar xəttinə müraciət edən izləyicimizin verdiyi məlumata görə, 15.12.2025-ci il tarixində saat 16:16 radələrində Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsində yol hərəkəti zamanı xoşagəlməz hadisə qeydə alınıb.
İzləyicinin bildirdiyinə görə, onun qarşısında hərəkətdə olan 99-AL-998 dövlət qeydiyyat nişanlı Lexus markalı avtomobilin sürücüsü istifadə etdiyi tum qabıqlarını avtomobildən yol boyu yerə tökərək hərəkət edib. Hadisə videogörüntüdə aydın şəkildə əks olunub.
Bu davranış həm şəhər mədəniyyətinə, həm də ictimai qaydalara ziddir. Yol boyu zibil atılması ətraf mühitə zərər vurmaqla yanaşı, digər sürücülər və piyadalar üçün də narahatlıq yaradır. Belə halların qarşısının alınması üçün sürücülərin məsuliyyət hissinin artırılması vacibdir.






