media-inshot_20260112_100123168

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb.

Patrul.az “Xəzər Xəbər”ə əsasən xəbər verir ki, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkimi – radiloq Ramin Abdullayev institutun direktoru Mətanət Əfəndiyevanın onun kompüterinə dinləmə cihazı yerləşdirdiyini iddia edib.

“9 oktyabr tarixində kompüterimdə problem yarandı və mən usta çağırdım. Təmir zamanı prossesorun içində rəhbərlik tərəfindən qoyulmuş səs dinləyici qurğu aşkar edildi. Otağın bir açarının nüsxəsi Cavanşir Tanrıverdi də idi”.

Həkim, həmçinin iddia edir ki, institutun direktoru M. Əfəndiyeva onu yanına çağıraraq icbari tibbi sığorta çərçivəsində aldığı bonusların yarısını tələb edib. Bu tələbdən sonra aralarında gərginlik yarandığını bildirib.

R. Abdullayev daha bir iddia ilə çıxış edərək dekabrın 24-də institutda keçirilən iclasdan sonra kabinetində olarkən xəstəxananın texniki işçisi Əjdar Əjdərov tərəfindən hücuma məruz qaldığını deyib.

Məsələ ilə bağlı “Xəzər Xəbər” institutun direktoru Mətanət Əfəndiyeva ilə də əlaqə saxlayıb. Direktor dinləmə cihazı ilə bağlı iddiaları təkzib edib:

“Mən bunu etməmişəm. Hər yerdə kameralar var, həmin tarixə baxmaq olar. Mən o kabinetə yaxın da getməmişəm. Kompüterin içinə belə bir qurğunun yerləşdirilməsi mümkün deyil”.

Direktor bonus tələbi və digər səsləndirilən iddiaları da qəti şəkildə rədd edib.


Bənzər xəbərlər