media-inshot_20260116_112911776

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır.

Patrul.az Xəzər TV-yə əsasən xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı məlumat verib.

O bildirib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205 və 2-ci Mədən küçəsində, Sabunçu rayonunda Səməd bəy Mehmandarov küçəsində, Suraxanı rayonunda isə Səttar Bəhlulzadə və Vladimir Balandin küçələrində binalar söküləcək.

Söküntüsü nəzərdə tutulan ərazilərə 18 zona daxildir. Bundan başqa, qəzalı binalarla bağlı da geniş miqyaslı layihə həyata keçiriləcək.

O əlavə edib ki, sözügedən ərazilərdəki qəzalı binalar müəyyənləşdirilib və aktlaşdırılıb.


Bənzər xəbərlər