Bakının mərkəzində ağacları qıran 4 nəfər saxlanıldı - FOTO
Nəsimi rayonunda ağacların kəsilməsi faktı üzrə saxlanılanlar var.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Patrulaz.az-a bildirilib ki, polis tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.
Belə ki, Nəsimi rayonu Salatın Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır. Hazırda ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.







