Bakının mərkəzində yaşayış binası yanır, vətəndaşlar təxliyə olunur - VİDEO
Bakının Səbail rayonunun Lev Tolstoy küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın qeydə alınıb
Patrul.az xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Eyni zamanda, hadisə yerinə polis əməkdaşları da yönləndirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən, vətəndaşların təhlükəsiz şəkildə təxliyəsi, ərazinin nəzarətə götürülməsi və yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyəti üçün operativ tədbirlər görülür.
Yanğının başvermə səbəbləri hələlik açıqlanmayıb. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Hadisə nəticəsində xəsarət alanlar və ya maddi ziyanla bağlı rəsmi məlumat verilməyib.






