media-inshot_20260228_132941969

Bakının mərkəzində 3 bina sökülür.

Patrul.az xəbər verir ki, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.

Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.

Əldə edilən digər məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək. (Qafqazinfo)

media-1772268955_5267331665887958398

media-1772269018_5267331665887958400


Bənzər xəbərlər