media-inshot_20251223_142134163

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsi 9 ünvanında asfalt örtüyünün qazılması yol hərəkətində ciddi çətinliklər yaradır.

Patrul.az-a daxil olan şikayətdə bildirilib ki, 94 saylı məktəbin yaxınlığında yolun qazılmasına baxmayaraq, çuxurun hansı qurum tərəfindən və hansı məqsədlə açıldığı məlum deyil. Mövcud vəziyyət sürücülərin intensiv hərəkətinə mane olmaqla yanaşı, xüsusilə gecə saatlarında avtomobillər üçün qəza riskini xeyli artırır.

Görüntülərdən də aydın olur ki, asfalt örtüyünün bərpa edilməməsi ərazidə təhlükəli vəziyyət yaradıb. Nəzərə alsaq ki, sözügedən yoldan məktəblilər də istifadə edir, bu hal valideynlər və sakinlər arasında ciddi narahatlıq doğurur.

Bakıxanov qəsəbəsinin sakinləri aidiyyəti qurumlardan çuxurun operativ şəkildə doldurulmasını və yolun tam bərpa olunmasını xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər