media-img_20251020_091031_746

Bakıya gedən AZAL-a məxsus sərnişin təyyarəsinin təcili şəkildə Sankt-Peterburqa geri qayıtmasını əks etdirən ilk görüntülər yayılıb.

Patrulaz.az xəbər verir ki, Azərbaycan Hava Yollarına məxsus “Airbus” təyyarəsi havaya qalxarkən eniş şassisini geri çəkə bilməyib və nəticədə təyyarə 4 saat havada yanacaq yandırdıqdan sonra Pulkovo hava limanına eniş edib.

Eniş qurğusundakı nasazlıq səbəbindən Sankt-Peterburq üzərində dövrə vuran təyyarə, eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb.

Məlumata görə, göyərtədə 162 nəfər olub və onların heç biri xəsarət almayıb, sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub.

Qeyd edək ki, Pulkovo hava limanı sürüşmə səbəbindən uçuşları müvəqqəti dayandırsa da, qısa müddət sonra fəaliyyətini bərpa edib.

 


Bənzər xəbərlər