media-inshot_20260118_160823245

Bakının Binəqədi rayonunda bir nəfər “VAZ-21011” markalı nəqliyyat vasitəsinin qaçırıldığı barədə polisə məlumat verib.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Sultanzadə saxlanılıb, avtomobil sahibinə qaytarılıb.

Həmçinin rayon ərazisində motosiklet oğurlamaqda şübhəli bilinən İ.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.


Bənzər xəbərlər