media-inshot_20260115_153236661

Bakının Binəqədi rayonunda yanğın başlayıb. 

Patrul.az xəbər verir ki, bu haqda FHN-in Mətbuat xidməti məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Bənzər xəbərlər