media-593dfa4a-a4f5-4f94-82c5-50811addbb3e

Badamdar qəsəbəsi, 3-cü massiv, 22-ci küçədə yaşayan sakinlər bir aya yaxındır ciddi problemlə üzləşiblər.

Patrulaz.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə bir binaya kanalizasiya çıxışı verilərkən asfalt qazılıb və işlər bitdikdən sonra yol bərpa edilməyib.

Nəticədə yolda dərin çuxur yaranıb və xüsusilə gecə saatlarında sürücülərin bu çuxura düşməsi nəticəsində avtomobillərinə ciddi ziyan dəydiyini bildirirlər. Əlavə olaraq, hadisə yerində heç bir xəbərdarlıq nişanı və ya mühafizə tədbiri görülməyib.

Sakinlər aidiyyəti qurumlardan yolun təmir olunmasını və təhlükəsizliyin təmin edilməsini xahiş edirlər.

 


Bənzər xəbərlər