media-inshot_20260515_173520156

“Təhsil Tələbə Krediti Fondu ilə bağlı ciddi bir problem var və bu məsələ yenidən müzakirəyə çıxarılmalıdır.

Tələbəyə illərlə “yaxşı oxu, yüksək nəticə göstər, güzəşt qazan” mesajı verilir. Amma praktikada tam əks mənzərə ortaya çıxır. Tələbə 4 il yüksək nəticə göstərir, ÜOMG-si (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) 91, 92, 95 olur, lakin sadəcə bir fəndən və ya bir semestrdə nəticəsi 90 baldan aşağı olduğu üçün bütün güzəşt mexanizmindən kənarda qalır. Bu nə qədər ədalətlidir?”.

Patrul.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Əmrah Həsənli deyib.

Ekspert ali təhsil müəssisələrində tələbələrə güzəştlərin tək bir semestrə görə yox, ümumi akademik nəticələrə əsasən verilməsini tövsiyə edir:

“Bir bal fərqinə görə illərlə çəkilən əziyyətin, akademik nəticənin və zəhmətin görməzdən gəlinməsi doğru yanaşma deyil. Əgər məqsəd tələbəni motivasiya etməkdirsə, mövcud sistem motivasiya yox, narazılıq yaradır.Ən absurd məqam isə budur ki, qiymətləndirmə ümumi akademik göstəriciyə görə yox, bir detal üzərindən aparılır. Halbuki tələbənin ümumi GPA (ÜOMG) göstəricisi, illər üzrə nəticələri və davamlı uğuru əsas götürülməlidir”.

media-img-20260415-wa0047

“Təhsil Tələbə Krediti Fondu sosial dəstək və təhsilə çıxış imkanı üçün yaradılıbsa, mexanizmlər də sosial ədalət prinsipi üzərində qurulmalıdır. Təəssüf ki, hazırkı yanaşmada “bir bal” tələbənin illərlə qazandığı haqqı əlindən alır. Bu qaydalara mütləq yenidən baxılmalıdır. Çünki təhsil sistemində ən təhlükəli məqamlardan biri gənclərdə “necə oxusan da fərqi yoxdur” düşüncəsini formalaşdırmaqdır” – deyə Ə.Həsənli əlavə edib.


Bənzər xəbərlər