media-img_7089

Redaksiyamıza göndərilən videogörüntüdə Sabunçu rayonu, Ramana qəsəbəsində təhlükəli vəziyyətin yarandığı açıq şəkildə görünür. Sakinlərin intensiv hərəkət etdiyi yol kənarında yerləşən uzun dəmir dirək qırılaraq əyilib və yaxınlıqdakı ağaca söykənmiş vəziyyətdə qalıb.

Patrul.az xəbər verir ki, mövcud vəziyyət xüsusilə küləkli havalarda ciddi təhlükə yaradır. Ağacın tərpənməsi nəticəsində ağır dəmir dirəyin yerə aşması ehtimalı yüksəkdir. Bu isə həmin ərazidən keçən piyadalar, uşaqlar və nəqliyyat vasitələri üçün birbaşa risk deməkdir. Hadisənin baş verməsi üçün bir anlıq güclü külək və ya mexaniki təsir kifayət edə bilər.

Belə hallara vaxtında müdaxilə edilməməsi ağır nəticələrə səbəb ola bilər. Yol kənarında yerləşən və təhlükə mənbəyinə çevrilmiş dirəyin bu vəziyyətdə saxlanılması məsuliyyətsizlikdir və aidiyyəti qurumların nəzarət mexanizmlərinin zəifliyini göstərir.

Sakinlər haqlı olaraq narahatdır və təhlükənin aradan qaldırılmasını tələb edirlər. Aidiyyəti qurumlar operativ şəkildə hərəkətə keçməli, qırılmış dirək ərazidən götürülməli və mümkün bədbəxt hadisələrin qarşısı alınmalıdır. Təhlükəsizlik məsələləri gözləməyə buraxılmamalı, faciə baş vermədən tədbir görülməlidir.


Bənzər xəbərlər