media-inshot_20260207_233400361

Kürdəmir yolunda arxa qapısının bir pəncərəsi şüşəsiz olan təcili tibbi yardım avtomobili ilə bağlı tədbir görülüb.

TƏBİB-dən Patrul.az-a verilən məlumata görə, hərəkətdə olan 99-JA-503 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım maşınının pəncərə şüşəsi bərpa edilib.

Xatırladaq ki, fevralın 5-də redaksiyamıza daxil olan videogörüntüdə sözügedən avtomobilin arxa qapısının pəncərələrindən birinin şüşəsi olmadan Kürdəmir yolu ilə hərəkət etməsi digər yol hərəkət iştirakçılarının diqqəti çəkmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər