media-inshot_20260127_175902658

İnsanlar arasında “birdən alınmasa” düşüncəsi getdikcə daha çox rast gəlinir. Hər şeyin dərhal nəticə verməsini gözləmək, uğurun gözlənilmədən ortaya çıxmalı olduğunu düşünmək gündəlik həyatın bir hissəsinə çevrilib. Bu fikir yalnız iş və layihələrdə deyil, şəxsi həyat və məqsədlərə çatmaq cəhdlərində də özünü göstərir. İnsanlar gözlənilən nəticəni görmədikdə, tez-tez narahatlıq, əsəbilik və qısamüddətli məyusluq hissinə qapılırlar.

Bəs, bu düşüncə insanların psixikasına necə təsir edir?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Klinik psixoloq, Sistemli Ailə Terapevti Samirə Rəhimova bildirib ki, “Bəs alınmasa?” düşüncəsi təşvişli beynin riskləri şişirdərək gələcəyi mənfi görməsi ilə bağlıdır:

“Psixoloji baxımdan insanın tez-tez “bəs alınmasa?”, “ya alınmazsa?” deyə şübhəyə düşməsi təşvişli düşüncə tərzi ilə əlaqədardır. Sanki beyin daimi şəkildə müdafiə mexanizmini işə salır. Sanki bu formada insan mümkün riskləri şişirdərək təhlükədən “öncədən qorunmağa” çalışır. Bu, real təhlükə olmasa belə, gələcəyi mənfi ssenarilərlə doldurur”.

media-inshot_20260127_180214252

Psixoloqun sözlərinə görə, uğursuzluq beyin tərəfindən təhlükə kimi yadda saxlanır və təşvişli düşüncə yalnız koqnitiv davranış terapiyası ilə qırıla bilər:

“Eyni zamanda insanın özünə inamı zəifdirsə, daxildə “mən bacarmaram” inancı daşıyırsa, beyin uğursuzluğu fakt kimi təqdim edir və şübhə avtomatik yaranır. Üstəlik, əgər bir dəfə uğursuzluq yaşanıbsa, beyin bunu “təhlükə siqnalı” kimi yadda saxlayır və oxşar vəziyyətlərdə eyni qorxu reaksiyasını aktivləşdirir.

Odur ki, təşvişli düşüncə tərzi dəyişdirilmədikcə insan daim bu təkrarlanan ssenaridən qurtula bilmir. Çıxış yolu koqnitiv davranış terapiyasıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər