media-inshot_20251016_232009672

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.

Patrulaz.az xəbər verir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.

Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: “Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm”.

Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.

Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: “Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir”.

Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub.

media-thmenvai9bt6unmstlkbejh7mrgtzxaomp9ta9ty_640_1760641029 media-0wwkllc0bolbueszrrw21w9ncuvfwxonwgozmtwm_640_1760641029 media-d7xivchoyhnbn3oxbxtcihv5fcurof6d44l6fxpg_640_1760641029 media-gkjzff7ml67mcfflexyampc7bcyfgxn1f6njqrtx_640_1760641029 media-nsi1j38e3iik7ik8fleckprhdvqshyzod6po6hzt_640_1760641029 media-lrblyhwmmctoqmf5jv2905use3rvrl4qgr0elobu_640_1760641030 media-h2omlebpircjcpjjmbvxv7p3aqxgjcw7egip12gm_640_1760641043 media-biirt4edsa5j771u3a8ni1funl3u1jf9ntkfmjiu_640_1760641043 media-fpdfhsbwobg1p8lj24vx8mhzn5xhvurm0e0c5dw5_640_1760641043 media-yedhrzonpnrv6pltceiykoz9goiycarbpko8swuj_640_1760641054 media-8bnbyezfeo84ozwhntga2hlcjmerrpzgtneydlpl_640_1760641054


Bənzər xəbərlər