media-inshot_20250808_124823880

Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyişləri alqışlayırıq.

Patrulaz.az xəbər verir ki, bu sözləri BMT-nin baş katibinin müavini Fərhan Haq Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması istiqamətində istənilən irəliləyişi dəstəkləyərək bildirib.

Onun sözlərinə görə, xüsusilə mart ayında iki ölkə arasında sülh sazişi layihəsinin razılaşdırılması istiqamətində atılan mühüm addımlar bu baxımdan əhəmiyyətlidir.

Fərhan Haq əlavə edib ki, baş katib Antonio Quterreş və Azərbaycan və Ermənistan liderlərinin prezident Donald Trampla bugünkü görüşünü müsbət qarşılayıraraq, alqışlayır.

‎Qeyd edək ki, BMT əvvəllər də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş istənilən təşəbbüsü dəstəklədiyini bəyan edib.


Bənzər xəbərlər