media-89dce156-ac56-4095-b1de-e2f23cccd5ec

Şirvan şəhərinin Vaqif Məmmədov küçəsi, keçmiş “Pramxor” qəsəbəsi istiqamətində, Kür çayı sahili boyunca ciddi ekoloji problem yaranıb. Şikayətçilərin bildirdiyinə görə, bölgədə geniş bir sahəni əhatə edən tullantı yığıntıları var. Problem ondan ibarətdir ki, bu ərazidə sadəcə bir ədəd zibil yeşiyi qoyulub, bu da ehtiyacı qarşılamır.

Patrulaz.az-ın məlumatına görə, sakinlər tullantılarını küçələrə atmaq məcburiyyətində qalır. Bu, həm ətraf mühitə ziyan vurur, həm də xoşagəlməz mənzərə yaradır. Bundan başqa, suyun səviyyəsi qalxdıqda, həmin tullantılar birbaşa Kür çayına axır ki, bu da ekoloji problemləri daha da dərinləşdirir.
Sakinlər tərəfindən şikayətlər olmasına baxmayaraq, problemin aradan qaldırılması üçün hələ ki, ciddi tədbir görülməyib. Əraziyə lazımi sayda zibil qutularının qoyulması və mütəmadi təmizlənərək nəzarətin artırılması sakinlərin əsas tələbi olaraq qalır.
Bu kimi halların qarşısını almaq üçün təcili olaraq tullantı idarəetmə sistemi təkmilləşdirilməli, ictimaiyyətin məsuliyyəti artırılmalı və aidiyyəti qurumlar tərəfindən tədbirlər görülməlidir. Əks halda, Kür çayının çirklənməsi daha ciddi fəsadlara yol aça bilər.


Bənzər xəbərlər