media-265f5582-f359-4665-91a2-a0e863f9569a

Məhəmmədli qəsəbəsində, Göy Qurşağı yaşayış kompleksində yaşayan sakinlər ciddi kanalizasiya problemi ilə üzləşiblər.

Patrulaz.az  xəbər verir ki, onların sözlərinə görə, əraziyə yaxın yerlərdə kanalizasiya suları açıq şəkildə axıdılır və bu, havaların isinməsi ilə daha da ciddi problemə çevrilib.

Sakinlər bildirir ki, üfunət qoxusu səbəbindən nə həyətə çıxmaq, nə də evdə pəncərə açmaq mümkündür. Bu vəziyyətin onların gündəlik həyatına və sağlamlığına mənfi təsir etdiyini vurğulayan sakinlər aidiyyəti qurumları təcili tədbir görməyə çağırırlar.


Bənzər xəbərlər