media-f311d746-f8cc-4c3b-b0e4-34e99a740807

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli 22 ünvanında, Bakı İdarəetmə və Texnologiya Kollecinin yataqxanası yaxınlığında, xüsusilə Tayqa marketin ətrafında uzun müddətdir ki, su sızması problemi davam edir.

Patrulaz.az-a sakinlərin bildirdiyinə görə, içməli su borularında yaranan nasazlıq nəticəsində su küçələrə axır. Bu hal piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirir. Uzun müddətdir davam edən bu problemin həll olunmaması sakinlərin narahatlığına səbəb olub.
Ərazi sakinləri müvafiq qurumlara müraciət edərək problemin tezliklə həll olunmasını xahiş edirlər.


Bənzər xəbərlər