media-inshot_20251007_221834349

Əməkdar artist Tahir İmanov sentyabrın 29-da qardaşı, əməkdar artist Cabir İmanovun ölümündən sonra ilk açıqlama yayıb.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkədə yayılan videogörüntüdə Tahir İmanov çətin günlərdə ailəsinə dəstək olanlara təşəkkürünü bildirib:

Əziz dostlar, hörmətli xanımlar və cənablar, qardaşlar, bacılar – əziz və dəyərli böyük Parni iz Baku ailəsi hər birinizə ailəm və öz adımdan, böyük kollektivimiz adından təşəkkür edirəm ki, bu sınaqlı, imtahanlı və çətin günlərdə bizimlə birlikdə oldunuz, bizə dəstək oldub, tək qoymadınız. Təşəkkür edirəm, hər birinizə – sıravi vətəndaşlardan tutmuş məmurlara kimi; kasıb qardaş və bacılarımızdan tutmuş zənginlərə kimi. Allah siz və ailənizi qorusun! Bu çətin günlərdə bir çox dövlət qurumları bizə dəstək oldular, sağ olun, var olun”, – deyə əməkdar artist qeyd edib.

O, həmçinin mərhum qardaşı barədə müxtəlif məzmunlu məlumatlar yayan bəzi jurnalist və bloqerlərə də toxunaraq, onlar haqqında daha sonra ətraflı danışacağını qeyd edib:

“Bu çətin günlərdə bəzi insanlar, xüsüsən də bəzi jurnalistlər, xaricdə yaşayan, özlərini bloger adlandıranlar öz fikirlərini səsləndirdilər. Bu haqda mən gələn videoda danışacağam. Hələlik isə bir daha çox sağ olun, var olun. Allah millətimizi, xalqımızı, ölkəmizi qorusun”.

Xatırladaq ki, Cabir İmanov Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarktdan vəfat edib.


Bənzər xəbərlər