media-inshot_20260302_150649821

Azərbaycan Dəmir Yolları” QSC sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Patrul.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Belə ki, 7 və 9 mart tarixlərində hər iki istiqamətə səfələr təşkil ediləcək. Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.


Bənzər xəbərlər