media-inshot_20260415_110302634

Masallının Köhnə Zuvand kəndində sakinlər ciddi infrastruktur problemləri ilə üz-üzə qalıb.

Patrul.az xəbər verir ki, bu barədə Demokrat.az İTV-yə istinadən məlumat yayıb.

Bildirilib ki, kənddə qaz, işıq, yol və internet infrastrukturu demək olar ki, mövcud deyil. Xüsusilə yağıntılı hava şəraitində vəziyyət daha da ağırlaşır. Yağışlı və qarlı günlərdə yollar keçilməz hala düşür, elektrik enerjisində fasilələr yaranır.

Ən çox çətinlik çəkənlər isə məktəblilərdir. Onların sözlərinə görə, hava şəraiti pisləşdikdə tez-tez işıqlar sönür və bu da məktəbdə istilik probleminə səbəb olur.

Qeyd edək ki, məsələ ilə bağlı daha ətraflı görüntülər videomaterialda təqdim olunub:


Bənzər xəbərlər