media-inshot_20260303_212541001

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərən “MM” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Patrul.az-a verilən məlumata görə, marketdə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Həmçinin yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar olunaraq satışdan kənarlaşdırılıb.

Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.

media-1772557070_1 media-1772557063_3 media-1772557101_4 media-1772557096_5 media-1772557122_6


Bənzər xəbərlər