media-a9090ffd-edfc-437a-b334-b86fa2a1aefb

Bakı şəhərinin Nobel prospektində, 59 nömrəli orta məktəblə üzbəüz olan yolda iri bir gölməçə yaranıb. Sakinlərin bildirdiyinə görə, bu dərin gölməçə piyada və nəqliyyat vasitələrinin hərəkətinə ciddi maneələr törədir.

Patrulaz.az xəbər verir ki, xüsusilə yağışlı havalarda dərin gölməçə su ilə dolur və yol boyu palçıq yaranır. Bu vəziyyət aylarla dəyişmir və sakinlərin narahatlığına səbəb olur. Piyadalar su ilə dolmuş ərazidən keçməkdə çətinlik çəkir,  avtomobillər isə dərin gölməçə səbəbindən zədələnə bilirlər.

Aidiyyəti qurumlar tərəfindən tədbir görülmədiyi halda, vəziyyət daha da pisləşə bilər.


Bənzər xəbərlər