media-inshot_20260202_122924294

“Qayda pozuntularının real nəticəsi: Baxıb keçməyin!.Sürət, hərəkətə başlama və manevretmə qaydalarının pozulmasının nəticəsi qəzadır. Son anda qəzadan yayınmaq isə ya olmur, ya da faydasız olur. Sürücülər bilməlidir ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsi sürücüdən hərəkətə başlamazdan əvvəl edilən manevrin təhlükəsiz olmasını və hərəkətin digər iştirakçıları üçün maneə yaradılmamasını tələb edir”.

Bu barədə Patrul.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən bildirilib.

“Sürücülər də yaxşı bilirlər ki, sürətlə nəqliyyat vasitəsini idarə etmək ölüm və xəsarətlə nəticələnə bilər.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə bu halları nəzərə almalarını tövsiyə edir. Əks halda nəticələr ağır və qaçılmaz olacaq”, – deyə əlavə edilib.


Bənzər xəbərlər