media-inshot_20260105_152026002

Bakı şəhəri, Hüseyn Seyidzadə küçəsində hər gün səhər saatlarında yaranan nəqliyyat sıxlığı sürücülərin narazılığına səbəb olur.

Patrul.az-a müraciət edən sürücünün sözlərinə görə, sıxlığın əsas səbəbi “Yeganə” şadlıq sarayı tərəfindən üzü 3-cü mikrorayon dairəsi istiqamətində yerləşən körpünün sağ hissəsindəki yolun həm sağ, həm də sol tərəflərinin parklanma yeri kimi istifadə edilməsidir.

Görüntülərdən də aydın olur ki, yolun hər iki tərəfində park edilən avtomobillər hərəkətdə olan digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Nəticədə səhər saatlarında formalaşan uzun tıxaclar yüzlərlə insanın işə və məktəbə vaxtında çata bilməməsinə səbəb olur.

Vətəndaşlar müvafiq qurumlardan sözügedən ərazidə nəzarətin gücləndirilməsini, qanunsuz parklanmanın qarşısının alınmasını və problemin operativ şəkildə aradan qaldırılmasını xahiş edirlər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər