Cəlilabadda 23 yaşlı qız dəm qazından öldü
Cəlilabad sakini dəm qazından boğularaq ölüb.
Patrul.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Məlumata görə, 2003-cü il təvəllüdlü İsayeva Şükran Sakit qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Pokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)






