Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı olub
25 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.
Patrulaz.az xəbər verir ki, Söhbət zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq səviyyədə müşahidə olunan təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər iki qardaş ölkə arasında mövcud olan müttəfiqlik münasibətlərinin bütün səviyyələrdə və platformalarda uğurla davam etməsindən məmnunluqla bəhs ediblər.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi, onun müxtəlif aspektləri, mövcud vəziyyət və sülh sazişi perspektivləri, qarşıda duran maneələr və onların aradan qaldırılması istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.






