media-inshot_20250902_184527871

Çində Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva ilə İran Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian arasında səmimi görüş baş tutub.

Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Mehriban Əliyevanın göstərdiyi xüsusi diqqət və mehriban münasibət müsbət qarşılanıb.

Görüntülərdə digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın Pezeşkianın qızına laqeyd davranışı izləyicilər tərəfindən tənqid olunub.

Belə ki, Anna başqası ilə söhbət edərkən, Zəhra Pezeşkian onunla görüşmək istəsə də, reaksiya verməyib. Bu isə izləyicilər tərəfindən laqeydlik və diqqətsizlik kimi qiymətləndirilib.


Bənzər xəbərlər