Çindəki paradda iki lider doğma dildə danışdı - VİDEO
Çində İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümünə həsr olunan möhtəşəm hərbi paradda yadda qalan anlar yaşanıb.
Patrulaz.az yayılan görüntülərə əsasən xəbər verir ki, tədbirdə iştirak edən dövlət başçıları arasında diqqətçəkən məqam Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın doğma dildə səmimi söhbəti olub.
Liderlərin azərbaycan dilində mehriban şəkildə danışmaları tribunadakı rəsmi atmosferə xüsusi rəng qatıb və tədbir iştirakçılarının marağına səbəb olub.






