“Continental” oteldə biabırçı vəziyyət – 60 manata bərbad şərait! - VİDEO
Nərimanov rayonu, Əhməd Rəcəbli 255 ünvanında yerləşən “Kontinental” oteli barədə narazılıqlar artmaqdadır. Müştərilərin bildirdiyinə görə, otel 24 saatlıq qalmaq üçün 55-60 manat qiymət təklif edir. Lakin həmin məbləğə şəhərin mərkəzində daha rahat və təmiz şəraitdə qalmaq mümkündür.
Şikayətçilər deyirlər ki, oteldə otaqların vəziyyəti bərbad, təmizlik səviyyəsi isə olduqca aşağıdır. Xidmət keyfiyyəti qiymətə uyğun gəlmir, şərait köhnə və baxımsız vəziyyətdədir.
Müştərilərin sözlərinə görə, “Kontinental” otel rəhbərliyi qiymət siyasətinə yenidən baxmalı və şəraitin yaxşılaşdırılması istiqamətində təcili addımlar atmalıdır. Əks halda, bu cür vəziyyət həm müştəri narazılığına, həm də otelin nüfuzuna ciddi zərbə vurur.
Patrulaz.az






