Müharibənin 1594-cü günü: Rusiya qoşunları Kiyevə kütləvi zərbə endirib
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisindəki strateji hərbi-sənaye və yanacaq-enerji obyektlərinə genişmiqyaslı zərbələr endirib.
Patrul.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rəsmi bəyanatda hücumların Ukrayna tərəfinin Rusiya ərazilərindəki obyektləri hədəf almasına cavab olaraq, iyulun 5-dən 6-na keçən gecə həyata keçirildiyi bildirilib. Əməliyyat zamanı uzaqmənzilli dəqiq silahlar və pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunub.
Nazirliyin məlumatına görə, zərbələrin əsas hədəfləri Kiyevdə yerləşən hərbi-sənaye kompleksi müəssisələri və yanacaq-enerji strukturları olub.
Məlumata görə, hücum nəticəsində azı 7 nəfər həlak olub. Daha azı 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bundan əlavə, Ukraynanın bir sıra digər regionlarında yerləşən hərbi aerodromların da infrastrukturuna ciddi ziyan vurulduğu qeyd edilib. Rusiya tərəfi bildirib ki, müəyyən olunmuş bütün hədəflər uğurla vurulub və zərbələrin məqsədinə nail olunub.
Gülbəniz Səfərova






