Daha 5 nəfər dəm qazından zəhərləndi, biri öldü
Yevlaxda dəm qazından zəhərlənməsindən bir nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Patrul.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd zəhərlənmədən vəfat edib, dörd nəfər isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)






