media-c5e0be12-a3f9-4d87-9151-6000f07410df

2025-ci ilin 2 may tarixində Media İnkişaf Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən 2-ci Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
Ombudsman Səbinə Əliyeva çıxış edərək, media platformalarının ictimai rəyə, insan hüquqlarına olan təsiri və əhəmiyyəti barədə danışdı:

“Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi”.

Patrulaz.az xəbər verir ki, Səbinə Əliyeva, həmçinin çıxışı zamanı Ombudsmanının atdığı mühüm addımlar və fəaliyyət mexanimizi çərçivəsində açdığı imkanları da qeyd etdi:

“Belə ki, Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun icrasına nəzarət mandatı çərçivəsində media subyektləri və jurnalistlərin informasiya əldə etmək hüququnun təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş müddətdə onların sorğularının cavablandırılması barədə müraciətləri də araşdırılaraq zəruri tədbirlər görülür.
Bundan əlavə, Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın və “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin, habelə bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyalarının qanunvericiliklə təsbit olunması bu sahədə birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır”.


Bənzər xəbərlər