media-a78c5446-12e8-495b-b376-fb8c2b2c1570

Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.

Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz səpilir.

Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər göstərilir.

Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.

media-f26e221a-e86a-4b46-ad58-932249472330 media-4476e3ba-2c35-4600-97b4-ad3d63bbc56c media-ac2b2299-7b86-4ba9-81d8-a092da690ede media-bc15cd16-e245-4564-856d-a2849054015b media-bbd81c4f-dcc3-47e9-99c0-58f184a2dd5b media-a78c5446-12e8-495b-b376-fb8c2b2c1570 media-0d591115-a5d3-4301-85d7-2e01bef2f979 media-aca9f277-e6ed-44c0-ab40-bc7324c05802 media-4e1185e2-e466-495f-8f96-8eedc730e34f media-04d580bc-0327-4234-a766-06b7eb55ee34 media-26875b0e-925a-4d2b-813e-f9acdb99e45e media-a3765580-c681-43ee-91f6-235dd20e7324 media-adab3e18-249e-47da-8642-747d75698d3b


Bənzər xəbərlər