media-img_20250627_090822_082

Azərbaycan İranın öz hava məkanından İsrailə hücum etmək üçün istifadə etdiyi iddialarını rədd edib.

Patrulaz.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev İranın, İsrail pilotsuz təyyarələrinin İran ərazisinə zərbələr endirmək üçün Azərbaycanın hava məkanından istifadə edə biləcəyi ilə bağlı iddialarını qəti şəkildə rədd edib.

İran mətbuatının məlumatına görə, bu bəyanatlar iyunun 26-da Azərbaycan və İran prezidentləri arasında telefon danışığı zamanı səsləndirilib.

İran lideri Bakıdan “İsrailin Azərbaycan ərazisindən mümkün hücumları ilə bağlı məlumatların araşdırılmasını” istəyib. Bununla belə, Əliyev bu cür iddiaları qəti şəkildə rədd edərək, Azərbaycanın “heç vaxt öz hava məkanının qonşu İrana qarşı istifadəsinə icazə verməyəcəyini” vurğulayıb.


Bənzər xəbərlər