media-img_2236

Sosial şəbəkə üzərindən fəaliyyət göstərdiyi bildirilən “dubai.baku555” adlı satış səhifəsi ilə bağlı vətəndaş tərəfindən şikayət xarakterli iddia irəli sürülüb.

Patrul.az-a müraciət edən şəxsin sözlərinə görə, sifariş və ödəniş həyata keçirilsə də, məhsul təqdim olunmayıb və vəsait geri qaytarılmayıb.

İddiaçı bildirir ki, “üst seqment məhsulların sifarişi” adı ilə təqdim olunan “dubai.baku555” səhifəsində yerləşdirilmiş əlaqə nömrəsi vasitəsilə satış təklifi ilə maraqlanıb. Onun sözlərinə görə, yazışma zamanı özünü səhifənin idarəçisi kimi təqdim edən və Qabil Maşayev adlı şəxs kimi tanıdılan tərəf sifariş edilən məhsulun günün sonunadək məhdud müddətli endirimdə olduğunu bildirib və qərarın tez verilməsinin vacib olduğunu vurğulayıb.

Müraciət edən şəxs endirim şərtlərinə əsasən sifariş verdiyini və təqdim olunan bank kartına 120 manat ödəniş etdiyini qeyd edir. Onun iddiasına görə, ödənişdən sonra məhsul göndərilməyib, sonrakı müraciətlər isə cavabsız qalıb. Bir neçə gün keçməsinə baxmayaraq nə sifarişin icra olunduğu, nə də vəsaitin geri qaytarıldığı bildirilir.

Mütəxəssislər sosial şəbəkələr üzərindən həyata keçirilən satış əməliyyatları zamanı vətəndaşlara diqqətli olmağı, satıcı profillərinin etibarlılığını əvvəlcədən araşdırmağı və mümkün olduqda rəsmi satış kanallarından istifadə etməyi tövsiyə edir. Mübahisəli hallar yarandıqda isə aidiyyəti qurumlara müraciət olunması məsləhət görülür.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

media-img_2237 media-img_2238


Bənzər xəbərlər