media-img_4754

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Xankəndidə tarixi Zirvə görüşünün hazırlıqlarında yaxından iştirak etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Patrulaz.az xəbər verir ki, Baş katib bu barədə ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

“Xankəndidə tarixi Zirvə görüşünün hazırlıqlarında yaxından iştirak etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Cənab Prezident, liderliyinizə və uzaqgörənliyinizə görə bu toplantıda bir sıra ilklərə imza atdıq”, – deyə o qeyd edib.

O əlavə edib ki, ECO çərçivəsində əməkdaşlığı dərinləşdirməklə bərabər, onun təsir dairəsini genişləndirmək lazımdır.

“Ekoloji problemlərin öz həllini tapması təxirəsalınmaz məsələdir. Bu görüş gələcəkdə dayanıqlı işlərin aparılmasına şərait yaradacaq”, – o vurğulayıb.//Report


Bənzər xəbərlər