“Elə bil yolka bəzəyiblər” - Paytaxtda ağaca tullanılan zibillər işçiləri çətin vəziyyətə saldı
Sosial mediada yayılan məişət tullantılarının ağaclara asıldığı görüntülər kütləvi narazılığa səbəb olub.
Patrul.az xəbər verir ki, paytaxtdakı binalardan birinin sakinləri məişət tullantılarını zibil konteynerlərinə atmaq əvəzinə ağacların üzərinə və ətraf ərazilərə atıblar.
Nəticədə yaranan antisanitar vəziyyətə görə, Yaşayış Evlərinin Kommunal İdarəsi (JEK) tərəfindən göndərilən kommunal xidmət işçiləri narazılıqlarını dilə gətiriblər.
“Ayrı vaxt böyüyə və kiçiyə hörmət yoxdur”, deyirsiniz. Onlar cəmi 3–5 manat üçün işləyirlər. Bu ayıbdır. Elə bil yolka bəzəyiblər, yedikləri yeməklərin zibillərini göydən aşağı atırlar”, – deyə mövcud vəziyyəti və kommunal xidmət işçilərinin çarəsizliyini ışıqlandıran qadın qeyd edib.
Hadisə zamanı “Zibilləri pəncərədən atmayın!” deyə sərt çağırışlar edilsə də, binanın sakinlərindən bəziləri səssizcə izləyib, bəziləri xəbərsizmiş kimi davranıb, bəziləri isə özləri çəkiliş edərək baş verənlərə baxıblar.
Görüntülərdə kommunal xidmət işçilərinin ağaclardan asılmış və ətrafa səpələnmiş zibilləri çətinliklə təmizlədikləri də diqqətdən yayınmayıb.
“Ayaqyolunun çirkli zibillərinin hamısı binanın arxasında yığılıb”, – kommunal xidmətin qadın işçisi şikayətini bildirərəkən deyib.
Görüntülərdən də aydın olur ki, bu vəziyyət uzun müddətdir ki, eyni şəkildə davam etdirilib.
Qeyd edək ki, məişət tullantılarını zibil konteynerlərindən başqa yerə atmaq, ətraf mühiti çirkləndirmək Azərbaycan qanunvericiliyinə görə qadağandır və inzibati məsuliyyət yaradır.
Gülbəniz Səfərova






