media-img_4870

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə qarşı irəli sürülən ittiham bəlli olub.

Patrul.az xəbər verir ki, Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 29-da evində aparılan axtarışdan sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən AXCP sədri Əli Kərimli istintaqa cəlb edilib. Əli Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə şübhəli şəxs qismində tanınıb.


Bənzər xəbərlər