media-img_6998

Bu gün dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. 1 May tarixinin arxasında dərin və tarixi bir mübarizə dayanır: Vaxtilə ağır və qeyri-insani şəraitdə çalışan işçilərin ədalət və hüquq uğrunda ayağa qalxması… Bu gün sadəcə bir təqvim günü deyil, həm də işçi həmrəyliyinin, sosial ədalətə olan tələbin simvoludur.
Bəs bu həmrəylik ruhu müasir dövrdə də yaşamaqdadırmı? 1 Mayın bu günkü cəmiyyət üçün əhəmiyyəti əvvəlki illərlə müqayisədə dəyişibmi?

Sosioloq Üzeyir Şəfiyev Patrulaz.az-a açıqlamasında bu suallara aydınlıq gətirərək bildirib:

“Bu günün tarixi XIX əsrə gedib çıxır. O dövrdə fəhlələr 12 saatlıq iş rejiminə etiraz edirdilər. Onlar iş saatlarının 12-dən 8 saata endirilməsini tələb edirdilər. Çikaqoda baş verən bu hərəkat zamanla beynəlxalq səviyyəyə çatdı və nəticədə bu gün Beynəlxalq Əmək Günü kimi qeyd olunmağa başladı. Bu günün qeyd olunmasında əsas məqsəd işçilərin hüquqlarını qorumaq, onların sosial rifahını təmin etmək və layiqli əmək şəraiti yaratmaqdır. Hələ XIX əsrdə başlayan bu hərəkat dünyanın bir çox ölkələrində fərqli təzahürlər şəklində göstərdi. Əlbəttə ki, bu dövrdə də işçilərin əmək hüquqlarının qorunması, təhlükəsizlik məsələsi xüsusi aktuallıq kəsb edir. Ona görə də bu günün qeyd olunması qlobal bir səciyyə daşıyır . Bu dönəmdə Həmkarlar İttifaqının üzərinə də mühüm bir yük düşür. Güman edirəm ki, bu gündə də həmkarlar ittifaqı işçilərin yanında olmalı, onların hüquq və mənafelərini qorumalıdır. Çünki bu ittifaq məhz bu səbəbdən yaranıb. Məhz bunlara görə Həmkarlar İttifaqı dəyişən şərtlər çərçivəsində yeni reallıqlara uyğun şəkildə funksionallığını artırmalıdır, yeni çağırışlara cavab verməlidir. Bu günləri qlobal miqyasda əmək mühafizəsi və əmək hüququnun təminatı ilə bağlı məsələ yeni iş rejimlərinə keçib. Aylıq əmək haqqı sistemindən saatlıq əməkhaqqı sistemə keçilməsi, eyni zamanda əmək müəssisələrində işçilərin qəbulu münasibətləri ilə bağlı məsələlərdə Həmkarlar İttifaqının rolu daha artmalıdır. İşçi özünün yaratdığı bu İttifaqın dəstəyini hiss etməlidir”.

media-464a1637-3611-40ec-80b0-08f4dc82b056

Sosioloq Həmkarlar İttifaqının çağdaş dövrdəki roluna da diqqət yetirərək, vurğulayır ki, bu qurumlar sadəcə simvolik struktur deyil, əksinə, işçilərin hüquq və mənafelərinin qorunmasında həlledici rol oynamalıdır:

“Hazırkı dövrdə Həmkarlar İttifaqının üzərinə mühüm vəzifələr düşür. Hesab edirəm ki, bu gün də Həmkarlar İttifaqı işçilərin yanında olmalı, onların hüquq və mənafelərini qorumalıdır. Çünki bu qurum məhz bu məqsədlə yaradılıb.
Qlobal miqyasda əmək münasibətləri yeni iş rejimlərinə keçid edir. Məsələn, aylıq əməkhaqqı sistemindən saatlıq əməkhaqqı sisteminə keçid, eləcə də işə qəbul qaydalarında baş verən dəyişikliklər Həmkarlar İttifaqının rolunu daha da ön plana çıxarır. Belə bir şəraitdə işçi Həmkarlar İttifaqının dəstəyini hiss etməli, bu qurumun onun hüquqlarını qoruduğuna əmin olmalıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər