media-inshot_20250811_193940050

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişini müsbət qiymətləndirib.

Patrulaz.az xəbər verir ki, dövlət başçısı bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığını şərh edərkən “X” sosial şəbəkəsində paylaşım edib.

“Mən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində, ABŞ-nin iştirakı ilə əldə olunan razılaşmanı bir daha alqışladım. Ümid edirəm ki, bu razılaşma tezliklə hər iki tərəfin maraqlarını nəzərə alan sülh sazişinin imzalanması və ratifikasiyası ilə nəticələnəcək”, – Makron bildirib.

Fransa Prezidenti, həmçinin, bütün regional tərəfdaşlarla əməkdaşlıq çərçivəsində mövcud səylərə dəstək verməyə və prosesə töhfə göstərməyə hazır olduğunu vurğulayıb.


Bənzər xəbərlər