media-inshot_20260202_083436259

Günün ortasında 20 dəqiqəlik qısa, “mürgüləmə” adlandırılan yuxuların sağlamlıq üçün olduqca faydalı olduğu məlum olub.

Patrul.az-ın araşdırmasına görə, bu qısa yuxu enerjini artırır, yaddaşı gücləndirir və ümumilkdə sağlamlığa müsbət təsirini göstərir.

Məlumata görə, günortadan sonra yuxunun təxminən 20 dəqiqə olması kifayətdir. 30 dəqiqədən artıq yatmaq isə, əksinə, insanın daha yuxulu və yorğun olmasına səbəb ola bilər.

Bundan başqa, gecə çox gec yuxuya getməkdən çəkinmək vacibdir, çünki bu, sağlamlıq baxımından bir çox problemlərə yol aça bilər.

Günün ortasında biraz mürgüləmə ilə enerjini artırmaq və zehni rahatlamaq olar. Sadəcə, vaxtı düzgün seçmək və çox uzatmaq olmaz.

İşdə istirahət üçün 12:30-13:00 arası 20 dəqiqəlik qısa yuxu həm insanı gümrah edir, həm də axşam yuxusuna çətinlik yaratmır.


Bənzər xəbərlər