media-img_6445

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Ömər Tayyib Ərdoğanın Bosfor Diplomatiya Forumundakı çıxışı geniş marağa səbəb olub.

Patrulaz.az xəbər verir ki, forumda ilk dəfə səhnəyə çıxan Ömər özünəinamlı və yetkin davranışı ilə iştirakçıların diqqətini cəlb edib.

Gənc Diplomatiya Assosiasiyasının vitse-prezidenti olan Prezidentin nəvəsi çıxışında qlobal çağırışlar fonunda gənclərin, xüsusilə gənc siyasətçilərin rolunun önəmini vurğulayıb.

Sosial şəbəkə istifadəçiləri onun çıxışını müsbət qarşılayaraq, Ömər Tayyib Ərdoğanın yaxın illərdə peşəkar siyasət meydanında yer alacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, 18 yaşlı Ömər Tayyib Ərdoğan Nəcməddin Bilal Ərdoğan və Reyyan Uzunerin oğludur.


Bənzər xəbərlər