Ermənistanda növbəti parlament seçkilərinin tarixi açıqlandı
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin 7 iyununda keçiriləcək.
Patrulaz.az xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan açıqlama verib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti Konstitusiyaya dəyişiklikləri məhz parlament seçkilərindən sonra reallaşdırmağı planlaşdırır.
Rəsmi Bakı isə sülh müqaviləsinin imzalanması üçün İrəvandan məhz bu konstitusiya dəyişikliklərini tələb edir.






