media-inshot_20260127_134748162

Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətləri və qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Bənzər xəbərlər